Bank Of Baku

Son 30 ildə ilk dəfə Yaponiyanın ticarət balansında kəsir qeydə alınıb

Son 30 ildə ilk dəfə Yaponiyanın ticarət balansında kəsir qeydə alınıb
# 25 yanvar 2012 13:38 (UTC +04:00)
Bakı - APA-Economics. Son 30 ildə ilk dəfə olaraq Yaponiyanın ticarət balansında kəsir qeydə alınıb. “APA-Economics”in “Agence France-Presse”yə istinadən xəbərinə görə, bu barədə ölkənin Maliyyə Nazirliyi açıqlama yayıb.

Ötən il Yaponiyanın ticarət balansının kəsiri 2,49 trln. yen (32 mlrd. dollar) təşkil edib. Hesabat dövründə idxal 12%, ixrac 2,7% azalıb.

Yaponiyanın ticarət balansında kəsir qeydə alınmasının əsas səbəbi 2011-ci ilin martında baş vermiş zəlzələ və sunami göstərilir. Ölkə iqtisadiyyatına zəlzələ və sunaminin vurduğu zərərin həcmi 16,9 trln. yen (210 mlrd. dollar) qiymətləndirilir.

Qeyd edək ki, sonuncu dəfə Yaponiyanın ticarət balansında kəsir 1980-ci ildə qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR