Bank Of Baku

«Access Bank» ötən il problemli kreditlərin həcmini 25% azaldıb

«Access Bank» ötən il problemli kreditlərin həcmini 25% azaldıb
# 25 yanvar 2012 14:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Access Bank» QSC-nin kredit portfelinin həcmi 2012-ci il yanvarın 1-nə 295,249 mln. manat təşkil edib ki, bu da əvvəlki ilin göstəricisi ilə müqayisədə 8,6% oxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın istehlak kreditlərinin həcmi 36% artaraq 30,485 mln. manat, vaxtı keçmiş kreditlərin həcmi isə 25% azalaraq 2,487 mln. manat olub.

Təhlil olunan il ərzində bankın depozit portfelinin həcmi 33% artaraq 121,222 mln. manata, o cümlədən müddətli depozitlər 17% artaraq 87,227 mln. manata, əhalidən cəlb edilən əmanətlərin həcmi isə 1,4% artaraq 86,489 mln. manata çatıb.

Xatırladaq ki, «Access Bank» QSC 2002-ci ilin oktyabrında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir. Bankın ölkə üzrə 29 filialı, 31 bankomatı və 58 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR