Bank Of Baku

«Günay Sığorta» şirkətinin daxilolmaları ötən il 25% azalıb

«Günay Sığorta» şirkətinin daxilolmaları ötən il 25% azalıb
# 25 yanvar 2012 14:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Günay Sığorta» şirkətinin 2011-ci il ərzində topladığı sığorta haqlarının həcmi 485,289 min manat təşkil edib ki, bu da 2010-cu ilin yekun göstəriciləri ilə müqayisədə 25% azdır.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində şirkətin sığorta riskləri üzrə ödənişləri 18,84% artaraq 197,501 min manat təşkil edib.

Ötən il ərzində «Əmlakın yanğından və digər risklərdən sığortası» növü üzrə toplanan sığorta haqlarının həcmi 2,5% azalaraq 281,160 min manat, «Avtonəqliyyat vasitələrinin sığortası» üzrə 25% azalaraq 134,386 min manat olub. Bu növlərin məcmu daxilolmalarda xüsusi çəkisi müvafiq olaraq 58% və 28% təşkil edib.

Ödənişlərə gəldikdə isə, ən çox vəsait «Avtonəqliyyat vasitələrinin sığortası» növü üzrə ödənilib və 109,821 min manat (8% artım) təşkil edib. Sonrakı yerdə isə «Əmlakın yanğından və digər risklərdən sığorta» növü (63,320 min manat) qərarlaşıb və illik artım 45% olub.

Xatırladaq ki, şirkətin maliyyə göstəricilərindəki azalmaya əsasən 2010-2011-ci illərdə şirkətin lisenziyasının qüvvəsinin dayandırılması səbəb olub.

«Günay Sığorta» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkət əvvəllər xarici kapitallı yerli hüquqi şəxs formasında fəaliyyət göstərib. Belə ki, şirkətin nizamnamə kapitalının 51%-ni yerli, 49%-ni xarici kapital təşkil edib. Lakin nizamnamə kapitalında edilən dəyişikliyə əsasən, şirkət 100%-li yerli şirkətə çevrilib. Hazırda şirkətin səhmdarları sırasına «Günaybank» (34,62%) və iki yerli fiziki şəxs (65,38%) daxildir. Hazırda şirkət 2 icbari və 18 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR