Bank Of Baku

Azərbaycanın pərakəndə ticarət sektorunda mal ehtiyatları indeksi artıb

Azərbaycanın pərakəndə ticarət sektorunda mal ehtiyatları indeksi artıb
# 26 yanvar 2012 08:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən pərakəndə ticarət obyektlərində olan mal ehtiyatları indeksi 2011-ci ilin dekabr ayı üzrə 100,7% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, noyabr ayı üzrə bu göstərici 98,9%, oktyabrda 108,6%-ə bərabər olub.

İndeks hesabat ayının sonuna pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının dəyərinin əvvəlki ayın sonuna olan analoji göstəriciyə nisbəti kimi hesablanır. İndeksin artması mal qalığının artım tempinin yüksəldiyini göstərir, onun 100%-dən çox olması isə mal qalığının əvvəlki ayla müqayisədə artmasını əks etdirir. Belə ki, pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının həcmi 2011-ci il yanvarın 1-nə 137,1 mln. manat, fevralın 1-nə 141,3 mln. manat, martın 1-nə 123,1 mln. manat, aprelin 1-nə 124,3 mln. manat, mayın 1-nə 131,9 mln. manat, iyunun 1-nə 132,1 mln. manat, iyulun 1-nə 134 mln. manat, avqustun 1-nə 193,6 mln. manat, sentyabrın 1-nə 189,7 mln. manat, oktyabrın 1-nə 191,5 mln. manat, noyabrın 1-nə 207,9 mln. manat, dekabrın 1-nə 205,7 mln. manat, 2012-ci il yanvarın 1-nə isə 207,1 mln. manat təşkil edib.

Göründüyü kimi, pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının həcminin minimal həddi martın əvvəlində, maksimal həddi isə noyabrın əvvəlində müşahidə olunub və həmin müddət ərzində bu göstəricinin tədricən, iyun ayında isə kəskin artması baş verib. Belə ki, martda pərakəndə ticarətdə zəifləmə başlayıb, iyun ayında isə bu zəifləmə daha kəskin olub. Eyni zamanda illik müqayisədə mal ehtiyatlarının 27% (ilin əvvəlində) və 51% (ilin sonunda) artması pərakəndə ticarətin miqyasının və həcminin artmasını göstərir. Qeyd edək ki, ümumilikdə pərakəndə ticarətin həcmi 2011-ci ildə 10,6% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR