Bank Of Baku

«Muğan Bank» ötən il aktivlərini 17% artırıb

«Muğan Bank» ötən il aktivlərini 17% artırıb
# 26 yanvar 2012 09:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Muğan Bank» ASC-nin aktivlərinin həcmi 2012-ci il yanvar ayının 1-nə 243,381 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin əvvəlinə nisbətən 16,6% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın məcmu kapitalı 26% artaraq 31,648 mln. manata, o cümlədən nizamnamə kapitalı 11,3% artaraq 22,250 mln. manata çatıb.

Təhlil aparılan dövr ərzində bankın cəmi müştərilərinin sayı 36% artaraq 58 804, o cümlədən fiziki şəxslərin sayı 42% artaraq 54 393, hüquqi şəxslərin sayı isə 8,4% azalaraq 4 411 olub. Həmçinin, bankın aktiv plastik kartlarının sayı 21% artaraq 8 991-ə, o cümlədən debet kartlarının sayı 20% artaraq 8 018-ə, kredit kartlarının sayı isə 29% artaraq 973-ə çatıb.

Xatırladaq ki, təsisçisi dörd fiziki şəxs olan «Muğan Bank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 30 filialı, 51 bankomatı, 89 POS-terminalı və 556 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR