Bank Of Baku

Azərbaycan azpilləli gömrük rüsumları sisteminə keçməyə hazırlaşır

Azərbaycan azpilləli gömrük rüsumları sisteminə keçməyə hazırlaşır
# 26 yanvar 2012 10:50 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda gömrük idxal rüsumlarının azpilləli sistemə keçilməsi ilə bağlı qərar layihəsi hazırlanıb. «APA-Economics»in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədr müavini Əsgər Abdullayev bildirib.

Onun sözlərinə görə, qərar layihəsinin hazırlanmasında məqsəd idxal mallarına münasibətdə gömrük-tarif mexanizminin təkmilləşdirilməsi, lüzumsuz tarif güzəştlərinin ləğvi, güzəştlərin konkret sahəni və dövrü əhatə etməsidir: «Bununla bağlı müvafiq icra hakimiyyəti orqanlarının təklifləri, eləcə də beynəlxalq təşkilatların hazırda Azərbaycanda tətbiq olunan gömrük idxal rüsumlarının çoxpilləli sistemdən azpilləli sistemə keçilməsi ilə bağlı tövsiyələri nəzərə alınıb».

Qeyd olunur ki, qərar layihəsi artıq Nazirlər Kabinetinə təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR