Bank Of Baku

Azərbaycanın aparıcı tikinti şirkəti nizamnamə kapitalını kəskin artırır

Azərbaycanın aparıcı tikinti şirkəti nizamnamə kapitalını kəskin artırır
# 26 yanvar 2012 11:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 17,50 manat, sayı 4 800 102 ədəd, emissiyanın ümumi həcmi isə 84 001 785 manat təşkil edir. Emissiya «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC-nin bundan əvvəl qeydiyyata alınmış (hər birinin nominal dəyəri 5 manat olan 4 800 102 ədəd – 24 000 510 manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Konvertasiya nəticəsində şirkətin nizamnamə kapitalı 3,5 dəfə artaraq 84 001 785 manata çatacaq.

Qeyd edək ki, «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» 2005-ci ildə təsis edilib. Şirkət yaşayış evlərinin tikintisi və satışı, həmçinin digər ictimai obyektlərin tikintisi, tikinti materiallarının istehsalı və emalı ilə məşğuldur. Eyni zamanda, «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» avtomobil yolları, körpü və tunellərin tikintisini həyata keçirir. Hazırda şirkətin nizamnamə kapitalı 24 000 510 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR