Bank Of Baku

«Royal Bank»ın qeyri-faiz zərəri kəskin artıb

«Royal Bank»ın qeyri-faiz zərəri kəskin artıb
# 26 yanvar 2012 11:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Royal Bank» ASC 2011-ci ildə fəaliyyətini 3,747 mln. manat zərərlə başa vurub. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, ötən il ərzində bankın ümumi gəlirləri 7,4% azalaraq 29,328 mln. manat, o cümlədən faiz gəlirləri 0,1% artaraq 24,929 mln. manat, qeyri-faiz gəlirləri isə 34% azalaraq 4,399 mln. manat olub.

Həmçinin, bankın ümumi xərcləri 8,3% artaraq 33,075 mln. manat, o cümlədən faiz xərcləri 3,4% artaraq 17,740 mln. manat, qeyri-faiz xərcləri isə 15% artaraq 15,335 mln. manata çatıb.

Təhlil olunan il ərzində bankın faiz mənfəəti 7% azalaraq 7,189 mln. manat, qeyri-faiz zərəri isə 63% artaraq 10,936 mln. manat olub.

Qeyd edək ki, 2010-cu ili bank 1,014 mln. manat mənfəətlə başa vurub.

Xatırladaq ki, təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» ASC 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Bankın ölkə üzrə 32 filialı, 31 bankomatı və 113 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR