Bank Of Baku

Azərbaycanda öz kredit tarixçəsini öyrənən şəxslərin sayı 5 dəfə artıb

Azərbaycanda öz kredit tarixçəsini öyrənən şəxslərin sayı 5 dəfə artıb
# 26 yanvar 2012 11:56 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Ötən il Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) xidmətlərindən 42 bank və 8 bank olmayan kredit təşkilatı (BOKT) istifadə edib.

Reyestrdən «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ildə reyestrə 503 163, o cümlədən banklar və bank olmayan kredit təşkilatları tərəfindən 501 669 sorğu daxil olub. Əvvəlki illə müqayisədə MKR-ə edilən sorğuların sayı təxminən 2 dəfə artıb.

MKR-in məlumatlarından aydın olur ki, ölkə vətəndaşları arasında öz kredit tarixçəsi ilə maraqlananların sayı getdikcə artmaqdadır. Belə ki, 2011-ci ildə öz kredit hesabatını əldə etmək üçün MKR-ə 1 494 şəxs müraciət edib, bu isə 2010-cu ilə nisbətən 5 dəfə artıqdır.

Təhlil olunan dövr ərzində MKR-də haqqında məlumat toplanan borcalanların sayı 1 179 711-ə, kredit məlumatlarının sayı isə 2 890 334-ə çatıb. Reyestrdə qeydiyyata alınan zaminlərin sayı isə 411 688 nəfər olub.

Xatırladaq ki, 2005-ci ildən fəaliyyətə başlayan MKR-ə 2005-ci ildə 319, 2006-cı ildə 5 302, 2007-ci ildə 12 966, 2008-ci ildə 13 260, 2009-cu ildə 74 393, 2010-cu ildə 257 045 sorğu göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR