Bank Of Baku

«Dəmirbank» ötən ilin yekunlarını açıqlayıb

«Dəmirbank» ötən ilin yekunlarını açıqlayıb
# 26 yanvar 2012 12:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC-nin aktivlərinin həcmi 2012-ci il yanvar ayının 1-nə 357,6 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin yekun göstəricii ilə müqayisədə 5,1% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın kredit portfeli 5,5% artaraq 259,8 mln. manat, əhalinin müddətli əmanətlərinin həcmi isə 19,1% artaraq 102 mln. manat olub. Bankın məcmu kapitalı 50 mln. manat, o cümlədən nizamnamə kapitalı 21 mln. manat təşkil edib.

Bununla yanaşı, bank ötən il kredit fəaliyyətini və kreditlərin çeşidini genişləndirib. Belə ki, il ərzində müştərilərə «8 Mart», «Neftçilər Günü», «Rabitəçilər Günü» və s. güzəştli kredit kampaniyaları təqdim edilib. «Dəmirbank» istehlak, mikro və kiçik biznes kreditləşməsinə xüsusi diqqət ayırıb. Bank biznes kreditləri sahəsində beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq edir və il ərzində 54 mln. dollar məbləğində vəsaitlərin cəlb edilməsi barədə müqavilələr imzalayıb.

Bank ötən il Şəmkir şöbəsini istifadəyə verib. Müştərilərin rahatlığı üçün Xətai, Nərimanov, Binəqədi və Qusar filialları yeni ünvana köçürülüb. Bu və bir sıra digər filiallarda yeni «Korporativ interyer tərtibat» standartları tətbiq edilib. Bank hazırda daha 4 filialın yeni və rahat ofislərə köçürülməsi işlərini davam etdirir.

Xatırladaq ki, «Dəmirbank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR