Bank Of Baku

“ABB-Moskva” bankı 10 illiyini qeyd edir

“ABB-Moskva” bankı 10 illiyini qeyd edir
# 26 yanvar 2012 13:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Beynəlxalq Bankının törəmə bankı olan “ABB-Moskva”nın 10 illiyi qeyd olunur. Azərbaycan Beynəlxalq Bankından (ABB) “APA-Economics”ə verilən məlumata görə, hazırda “ABB-Moskva” 1 min bankdan artıq olan Rusiyanın 150 ən iri maliyyə kredit təşkilatların sırasındadır.

Hüquqi və fiziki şəxslərə kompleks xidmətləri ilə yanaşı, “ABB-Moskva” həmçinin Azərbaycan və Rusiyanın biznes qurumları arasında əlaqələrin gücləndirilməsində böyük rol oynayır, bir sıra birgə layihələrin maliyyələşdirilməsini həyata keçirir. Bankın Rusiyanın iqtisadiyyatının inkişafında rolu müxtəlif mükafatlarla qeyd olunub.

ABB-nin məlumatında deyilir ki, fəaliyyət müddəti ərzində “ABB-Moskva” maliyyə göstəricilərinin davamlı dinamikasını göstərməklə, müştəri bazasını və coğrafi iştirakını genişləndirməklə etibarlı maliyyə kredit təşkilatının statusunu qazanıb. Belə ki, 2011-ci ilin sonuna “ABB-Moskva”nın aktivlərinin həcmi 22,4 mlrd. rubl (578 mln. manat), məcmu kapitalı 2,13 mlrd. rubl (55 mln. manat), hüquqi şəxslərə verilən kreditlərin həcmi 16,8 mlrd. rubl (433,4 mln. manat) təşkil edib.

Hazırda bankın Moskvada 14 ofisi ilə yanaşı, Sankt-Peterburqda və Yekaterinburqda filialları da fəaliyyət göstərir. Bankın yaxın perspektivlərində Nijni Novqorod şəhərində filial açılmasıdır. Bankın 2010-2015-ci illər üçün strateji planında Rusiyanın 100 ən iri bankları sırasına daxil olmağı nəzərdə tutulur.

Qeyd edilir ki, 2011-ci ilin dekabrında “Moody’s Investor Service” beynəlxalq reytinq agentliyi tərəfindən “ABB-Moskva”ya ilk olaraq B3 səviyyəsində reytinq verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR