Bank Of Baku

«Access Bank» xaricdən yeni kredit cəlb edib

«Access Bank» xaricdən yeni kredit cəlb edib
# 26 yanvar 2012 15:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Access Bank» QSC Cənub-Şərqi Avropa üzrə Avropa Fondundan (European Fund for Southeast Europe) 15 mln. ABŞ dolları
həcmində kredit cəlb edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu kredit iki tranşdan ibarət olmaqla 5 il müddətinə verilib. Bank artıq 7,5 mln. dollarlıq ilk tranşı alıb. İkinci tranş isə 2012-ci ilin fevral ayında ayrılacaq. Bankdan bildirib ki, kredit ölkədə mikro və kiçik biznesin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.

Bankın İdarə Heyətinin sədri Endryu Pospielovskinin sözlərinə görə, bu kredit EFSE-dən alınan ilk kreditdir və Azərbaycanda mikro və kiçik biznesin inkişafına dəstək üçün nəzərdə tutulur.

Qeyd edək ki, EFSE 2005-ci ildə İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Almaniya Federal Nazirliyinin (BMZ) və Avropa Komissiyasının maliyyə dəstəyi, həmçinin KfW-nin təşəbbüsü ilə yaradılıb. EFSE dövlət və özəl sektorların tərəfdaşı, həmçinin məqsədli regionlarda mikro və kiçik müəssisələr üzrə ixtisaslaşan kredit təşkilatlarının maliyyələşdirilməsi üçün yaradılan ilk fonddur.

Xatırladaq ki, «Access Bank» QSC 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir. Bankın ölkə üzrə 28 filialı, 29 bankomatı və 49 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR