Bank Of Baku

Azərbaycanda 19 kredit təşkilatı Mərkəzləşdirilmiş Kredit Reyestrinə qoşulub

Azərbaycanda 19 kredit təşkilatı Mərkəzləşdirilmiş Kredit Reyestrinə qoşulub
# 26 yanvar 2012 15:21 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən 27 bank olmayan kredit təşkilatının 19-u Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) qoşulub. Bu barədə «APA-Economics»ə Reyestrdən məlumat verilib.

Qeyd edək ki, bank olmayan kredit təşkilatlarının MKR-ə qoşulması 2011-ci ilin avqust ayından başlayıb. MKR-in məlumatına görə, dövr ərzində müvafiq lisenziyaya malik 27 BOKT-dən 19-nun MKR-ə qoşulması təmin edilib. İlin sonuna BOKT-lərin məcmu kredit portfelinin 90%-i reyestrin məlumat bazasında qeydə alınıb.

«Digər 8 kredit təşkilatının da MKR-ə qoşulması istiqamətində müvafiq işlər davam etdirilir», - deyə məlumatda bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR