Bank Of Baku

Dünya Bankı Azərbaycana investisiyalarını kəskin artırıb

Dünya Bankı Azərbaycana investisiyalarını kəskin artırıb
# 27 yanvar 2012 07:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Dünya Bankı (DB) tərəfindən Azərbaycanın əsas kapitalına yönəldilmiş investisiyaların həcmi 185 475,9 min manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə DB tərəfindən yatırılan investisiyanın həcmi əvvəlki ilin analoji dövrünə nisbətən 2,3 dəfə artıb. Ötən il xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş xarici investisiyanın həcmində DB-nın investisiyalarının xüsusi çəkisi 7,4% təşkil edib.

Qeyd edək ki, Azərbaycan DB ilə 1992-ci ildən əməkdaşlıq edir. Ötən müddət ərzində bank 43 layihənin icrasına Azərbaycana 2 969,0 mln. ABŞ dolları məbləğində maliyyə yardımı göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR