Bank Of Baku

ABŞ-ın dövlət borcunun yuxarı həddi 16,39 trln. dollara qaldırılıb

ABŞ-ın dövlət borcunun yuxarı həddi 16,39 trln. dollara qaldırılıb
# 27 yanvar 2012 08:51 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ Senatı prezident Barak Obamanın dövlət borcu yuxarı həddinin 16,39 trln. dollara qədər artırılması təklifini dəstəkləyib.

APA-Economic”in xəbərinə görə, bununla da Konqresin aşağı palatasında - Nümayəndələr Palatasında çoxluq təşkil edən respublikaçıların təklifin qəbul olunmasına qarşı mübarizəsi nəticə verməyib.

Senatın Maliyyə məsələləri komissiyasının sədri Maks Baukus bildirib ki, dövlət borcunun limitini artırmadan hökumət öz proqramlarını reallaşdırmaq və tərəfdaşları qarşısında öhdəliklərini yerinə yetirmək üçün vəsaitdən məhrum ola bilərdi: “ABŞ öz tarixi ərzində ilk dəfə olaraq defolt təhlükəsi ilə üzləşmişdi. Əgər ABŞ defolt elan etsəydi, bu yeni böhran dalğasına və hətta 1930-cu illərin “Böyük Depressiya”sının təkrarlanmasına səbəb ola bilərdi”.

Hazırda ABŞ-ın dövlət borcunun limiti 15,194 trln. dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR