Bank Of Baku

«Muğan Bank»ın mənfəəti ötən il 3 dəfə artıb

«Muğan Bank»ın mənfəəti ötən il 3 dəfə artıb
# 27 yanvar 2012 11:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Muğan Bank» ASC-nin 2011-ci ildə əldə etdiyi mənfəətin həcmi 6,150 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin mənfəətindən 2,7 dəfə çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın ümumi gəlirləri 36% artaraq 32,299 mln. manat, o cümlədən faiz gəlirləri 25% artaraq 21,851 mln. manat, qeyri-faiz gəlirləri 71% artaraq 10,448 mln. manata çatıb. Bu dövr ərzində bankın xərcləri 22% artaraq 26,149 mln. manat, o cümlədən faiz xərcləri 8,8% artaraq 11,042 mln. manat, qeyri-faiz xərcləri isə 34% artaraq 15,107 mln. manat təşkil edib.

Təhlil olunan dövr ərzində bankın faiz mənfəəti 46% artaraq 10,809 mln. manat, qeyri-faiz zərəri isə 9,7% azalaraq 4,659 mln. manat olub.

Xatırladaq ki, təsisçisi dörd fiziki şəxs olan «Muğan Bank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 30 filialı, 51 bankomatı, 89 POS-terminalı və 556 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR