Bank Of Baku

Azərbaycanın gəlirlər üzrə mənfi saldosu 40% artıb

Azərbaycanın gəlirlər üzrə mənfi saldosu 40% artıb
# 30 mart 2012 10:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2011-ci il üzrə tədiyyə balansında gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 6 897,3 mln. ABŞ dolları təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bunun 5 878,6 mln. dolları və ya 85,2%-i Azərbaycandan həyata keçirilən ödənişlər, 1 018,7 mln. dolları və ya 14,8%-i ölkəyə daxilolmaların payına düşüb.

Beləliklə, 2011-ci il üzrə gəlirlər üzrə tədiyyə balansında 4 859,9 mln. dollar məbləğində mənfi saldo yaranıb ki, bu da əvvəlki ilə nisbətən 40,2% çoxdur. Göründüyü kimi, ümumilikdə gəlirlər üzrə Azərbaycandan olan ödənişlər ölkəyə daxil olan ödənişləri 5,8 dəfə üstələyib.

Azərbaycandan ödənişlərin əsas hissəsini (4 640,3 mln. dollar) beynəlxalq neft-qaz konsorsiumlarının xarici investorlarının payına düşən gəlirlərinin repatriasiyası (əsasən xam neft şəklində), qeyri-rezidentlərə ödənilmiş əmək haqları (141,3 mln. dollar) və xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (248,6 mln. dollar) təşkil edib.

Gəlirlər üzrə mənfi saldonun 4 622,4 mln. dolları və ya 95,1%-i neft-qaz sektoru, 237,5 mln. manatı və ya 4,9%-i isə digər sahələrin payına düşüb. Neft-qaz sektoru üzrə ödənişlər daxilolmaları 31,3 dəfə üstələyib (ödənişlər 4 775 mln. dollar, daxilolmalar 152,6 mln. dollara bərabər olub). Digər sahələr üzrə həmin nisbət 1,3 dəfədir (ödənişlər 1 103,5 mln. manat, daxilolmalar 866,1 mln. manat olub).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR