Bank Of Baku

Azərbaycanda daha iki sığorta şirkəti İcbari Sığorta Bürosuna üzv olub

Azərbaycanda daha iki sığorta şirkəti İcbari Sığorta Bürosuna üzv olub
# 30 mart 2012 11:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan İcbari Sığorta Bürosunun iştirakçılarının reyestrinə daha iki sığorta şirkəti – «Azərsığorta» Dövlət Sığorta Şirkəti və «Meqa Sığorta» şirkəti daxil edilib.

Bürodan «APA-Economics»ə verilən məlumata görə, Azərbaycan Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin müvafiq razılıq məktubuna əsasən, «Azərsığorta» şirkətinə «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə xidmətlərə görə, «Meqa Sığorta» şirkətinə isə «Daşınmaz əmlakın icbari sığortası», «Daşınmaz əmlakın istismarı ilə bağlı mülkü məsuliyyətin icbari sığortası» və «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növləri üzrə xidmətlərə görə icbari sığorta növlərini həyata keçirmək üçün Büronun reyestrinə daxil edilib.

Qeyd edək ki, hazırda Büroya 10 sığorta şirkəti («AXA-Mbask», «Alfa Sığorta» «AtaSığorta», «Atəşgah Sığorta», «Azərsığorta», «AzSığorta», «Xalq Sığorta», «Paşa Sığorta», «Standard Insurance» və «Meqa Sığorta» şirkəti) daxildir.

Xatırladaq ki, İcbari Sığorta Bürosu 2011-ci ilin sonundan fəaliyyət göstərir. Büronun yaradılmasında əsas məqsəd zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etməkdən ibarətdir. Sığorta şirkətləri «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə xidmətlərə görə büroya 200 min manat, «Sərnişinlərin icbari sığortası» növünə 200 min manat, «Daşınmaz əmlakın icbari sığortası» və «Daşınmaz əmlakın istismarı ilə bağlı mülkü məsuliyyətin icbari sığortası» növləri üzrə isə hər birinə görə 100 min manat birdəfəlik vəsait (təminat depoziti) ödəməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR