Bank Of Baku

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısı keçiriləcək

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısı keçiriləcək
# 30 mart 2012 12:45 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA-Economics. Mayın 2-3-də Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin ticarətin inkişafına dəstək verən qurumlarının iclası keçiriləcək.

APA-Economics”in ECO-nun saytına istinadən xəbərinə görə, iclasda təşkilata üzv ölkələr arasında ticarət dövriyyəsinin artırılması və iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi üsullarına dair məsələlər müzakirə olunacaq.

Xatırladaq ki, ECO 1985-ci ildə Türkiyə, İran və Pakistan tərəfindən təsis olunub. 1992-ci ildə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan və Əfqanıstan təşkilata qoşulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR