Bank Of Baku

«Paşa Bank» ötən il 4 emitentin 70 mln. manatlıq istiqrazlarını yerləşdirib

«Paşa Bank» ötən il 4 emitentin 70 mln. manatlıq istiqrazlarını yerləşdirib
# 30 mart 2012 12:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Bank» ASC vasitəsilə 2011-ci ildə 4 emitentin ümumilikdə 70,4 mln. manatlıq istiqraz emissiyası qiymətli kağızlar bazarında yerləşdirilib. «APA-Economics»in məlumatına görə, bunu bankın baş xəzinədarlıq və korporativ bankçılıq inzibatçısı Taleh Kazımov bildirib.

T.Kazımovun sözlərinə görə, istiqrazları yerləşdirilən emitentlər «Finans Leasing» (0,4 mln. manat), «UniLeasing» (10 mln. manat), «Unibank» (20 mln. manat) və «Bakcell» şirkəti (40 mln. manat) olub.

T.Kazımov bildirib ki, bu, Azərbaycanda yerli kommersiya bankının istiqrazlarının digər yerli kommersiya bankı tərəfindən bazarda yerləşdirilməsi sahəsində ilk təcrübə olub.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» ASC 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə bankın 6 bankomatı və 56 POS-terminalı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR