Bank Of Baku

Baş nazir Papademos: “Yunanıstana üçüncü yardım paketi lazım ola bilər”

Baş nazir Papademos: “Yunanıstana üçüncü yardım paketi lazım ola bilər”
# 30 mart 2012 13:04 (UTC +04:00)
Bakı - APA-Economics. Yunanıstana Avropa Birliyi (AB) və Beynəlxalq Valyuta Fondunun üçüncü yardım paketi lazım ola bilər. “APA-Economics”in “Agence France-Presse”yə istinadən xəbərinə görə, bu barədə Yunanıstanın baş naziri Lukas Papademos bildirib.

O, lazım ola biləcək vəsaitin miqdarını açıqlamayıb. Bununla belə, baş nazir əlavə dəstək tədbirləri olmadan da ötüşə biləcəklərini istisna etməyib.

Qeyd edək ki, avrozonada böhran 2009-cu ildə Yunanıstandan başlayıb. Sonradan böhran İtaliya, İspaniya, İrlandiya və Portuqaliyanı da əhatə edib. Yunanıstana 2010-cu ildə AB və beynəlxalq maliyyə təşkilatlarından 110 mlrd. avro həcmində ilk yardım paketi alıb. Bu ilin martında isə AB 130 mlrd. avro həcmində ikinci yardım paketinin həyata keçirilməsinə başlayıb. Afina bu paket üzrə bütün vəsaiti 2015-ci ilin sonuna qədər alacaq. Bundan başqa, BVF Yunanıstana 28 mlrd. avro kredit verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR