Azərbaycanın xidmətlər balansının mənfi saldosu 1,7 dəfə artıb
30 mart 2012 13:21 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2011-ci il üzrə tədiyyə balansında ölkənin xarici dövlətlərlə iqtisadi əlaqələrində qarşılıqlı xidmətlərin ümumi həcmi 8 435,0 mln. ABŞ dolları təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bunun 5 715,4 mln. dolları qeyri-rezidentlər tərəfindən Azərbaycan rezidentlərinə, 2 719,6 mln. dolları isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərin payına düşür.
Beləliklə, xidmətlər balansının saldosu mənfi 2 995,8 mln. dollar olub ki, bu da əvvəlki ilə nisbətən 72,9% çoxdur.
Qarşılıqlı xidmətlər dövriyyəsinin 20,5%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 1 727,8 mln. dollar olan nəqliyyat xidmətlərinin 55,5%-i Azərbaycan rezidentlərinin xarici dövlətlərin nəqliyyat sistemlərindən istifadə etmələri ilə əlaqədar olub. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikyi nəqliyyat xidmətlərinin ümumi dəyəri isə 768,5 mln. təşkil edib. Beləliklə, nəqliyyat xidmətləri üzrə mənfi saldo 190,7 mln. dollar təşkil edib.
Ötən dövr ərzində xarici ölkə vətəndaşlarına turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 1 287,3 mln. dollar məbləğində olub. Öz növbəsində xarici ölkələrdə Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 1 689,0 mln. dollar təşkil edib. Nəticədə, turizm xidmətləri üzrə 401,7 mln. dollar həcmində mənfi saldo yaranıb.

Maliyyə
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:23
18 may 2024
Samirə Musayeva: Qanunvericilikdə strateji investisiyaların dəstəklənməsi mexanizmləri təkmilləşdirilib
17:31
17 may 2024
Kapital Bank-ın 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
15:27
17 may 2024
BMT: 2024-cü ilin əvvəlindən artan neft qiymətləri Azərbaycan və Qazaxıstanın gəlirlərini artıracaq
15:18
17 may 2024