Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı daha bir elektron ofis açıb

Azərbaycan Beynəlxalq Bankı daha bir elektron ofis açıb
# 30 mart 2012 13:12 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) Bakı şəhərinin Xətai rayonunda daha bir özünəxidmət elektron ofisini açıb. Bankın mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, 830-cu keçid, 2929-2930 məhəllə ünvanında yerləşən ofisdə 5 bankomat, o cümlədən 2 «cash-in» tipli bankomat quraşdırılıb.

Bankın digər elektron ofisləri Səbail rayonunda 28 May küçəsi,20 və Yasamal rayonunda İnşaatçılar prospekti,499-cu məhəllə ünvanlarında yerləşir. Bundan əlavə «Park Bulvar» Ticarət və Əyləncə Mərkəzində və Fəvvarələr Meydanında Bankın iki elektron şöbəsi fəaliyyət göstərir.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı 1992-cı ilin yanvarından fəaliyyət göstərir. Bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i isə fiziki və özəl hüquqi şəxslərə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR