Bank Of Baku

Maliyyə Nazirliyi tərəfindən keçiriləcək test imtahanında iştirak edəcək şəxslərin adları açıqlanıb

Maliyyə Nazirliyi tərəfindən keçiriləcək test imtahanında iştirak edəcək şəxslərin adları açıqlanıb
# 31 mart 2012 08:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın Maliyyə Nazirliyi tərəfindən bu gün və aprel ayının 2-də sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər üçün keçiriləcək test imtahanına buraxılacaq şəxslərin adları açıqlanıb.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, test imtahanında «Paşa Sığorta» şirkətində Təftiş Komissiyasının üzvü vəzifəsinə namizəd Afaq Mustafayeva, Kəmalə Nuriyeva və «Paşa Həyat» sığorta şirkətində Təftiş Komissiyasının üzvü vəzifəsinə namizəd Mahir Eyvazov iştirak edəcəklər.

Qeyd edək ki, imtahan «Sığorta fəaliyyəti haqqında» qanununun müvafiq maddəsinin tələbinə, həmçinin «Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər və sığortaçıların rəhbər vəzifələrinə namizədlər üçün attestasiyanın təşkili və keçirilməsi qaydaları»na uyğun keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR