Bank Of Baku

“Paşa Bank” ötən ildə dilinq əməliyyatlarından 3 mln. manatdan çox gəlir əldə edib

“Paşa Bank” ötən ildə dilinq əməliyyatlarından 3 mln. manatdan çox gəlir əldə edib
# 31 mart 2012 09:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Bank» ASC-nin Xəzinədarlıq və maliyyə bazarları Departamentinin idarə etdiyi vəsaitlərin həcmi 2012-ci ilin yanvar ayının 1-nə 322 mln. manat olub ki, bu da cəmi aktivlərin 56%-nı təşkil edib. «APA-Economics»in məlumatına görə, bunu bankın İdarə Heyətinin üzvü Taleh Kazımov bildirib.

T. Kazımovun sözlərinə görə, bu məbləğ nağd və müxbir hesablarda olan 40 mln. manat vəsaitdən, həcmi 261 mln. manat olan qiymətli kağızlar portfelindən və 26 mln. manat banklararası kredit-depozit portfelindən ibarət olub. «Gəlirliyə gəldikdə isə departamentin əldə etdiyi faiz gəliri bankın məcmu faiz gəlirinin 25%-ni təşkil edərək 9,3 mln. manata çatıb. Qiymətli kağızlar və xarici valyuta üzrə alqı- satqı, yəni dilinq əməliyyatları nəticəsində departament təxminən 3,1 mln. manat gəlir əldə edib ki, bu da bankın ümumi qeyri-faiz gəlirlərinin 59%-ni təşkil edib», - deyə T.Kazımov bildirib.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR