Bank Of Baku

«Access Bank»ın iki yeni filialı açılıb

«Access Bank»ın iki yeni filialı açılıb
# 02 aprel 2012 11:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gündən «Access Bank» QSC-nin Sumqayıt şəhərində («Sülh» filialı) və Bakı şəhərinin Maştağa («Maştağa» filialı) qəsəbəsində yeni filialları fəaliyyətə başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Sülh» filialı bankın Sumqayıtda artıq ikinci filialıdır. Qeyd edilir ki, Suqayıtdakı ilk filial fəaliyyət göstərdiyi 9 ildən az bir müddətdə 12 mindən çox müştəri bazası toplamağa nail olub.

Bankın İdarə Heyətinin sədri Endrvu Pospielovskinin sözlərinə görə, «Access Bank» müştərilərə daha yaxşı xidmət göstərmək üçün daim çalışır: «Sumqayıtda və Maştağada müştərilərimizə daha mükəmməl xidmət göstərmək, onlar üçün daha rahat və yaxın olmaq məqsədi ilə bu iki filialı açmağa qərara gəldik».

Qeyd edək ki, «Sülh» və «Maştağa» filialları da daxil olmaqla bankın filiallarının ümumi sayı 32-yə çatıb.

Xatırladaq ki, «Access Bank» QSC 2002-ci il oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabrında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR