Bank Of Baku

«ABB-Moskva»nın rəhbəri Moskva hökumətinin İctimai Məşvərət Şurasına üzv qəbul olunub

«ABB-Moskva»nın rəhbəri Moskva hökumətinin İctimai Məşvərət Şurasına üzv qəbul olunub
# 02 aprel 2012 11:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyadakı törəmə bankı olan «ABB-Moskva»nın İdarə Heyətinin sədri Fuad Abdullayev Moskva hökumətinin kredit təşkilatları ilə koordinasiya məsələləri üzrə İctimai Məşvərət Şurasına üzv qəbul olunub.

Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, Şuraya həmçinin «VTB», «Promsvyazbank», «Qazprombank», «Rosselxozbank», «Rayfayzenbank» kimi iri maliyyə qurumlarının rəhbərləri üzv qəbul edilib.

Qeyd edək ki, 2011-ci ilin dekabrında yaradılan Şuranın əsas məqsədi Moskva şəhər İcra Hakimiyyətinin orqanları ilə kredit təşkilatları arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR