Bakıda Azərbaycan-Litva Hökumətlərarası Komissiyasının iclası keçirilir - YENİLƏNİB - FOTO
“APA-Economics”in xəbərinə görə, iclasda iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın səviyyəsi müzakirə olunub, bu sahədə irəliləyişlərə nail olunduğu bildirilib.
Qeyd olunub ki, indiyə qədər təkcə iqtisadi sahədə 10-dan çox müxtəlif saziş imzalanıb. Gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsi üçün ticarət gəmiçiliyi, hava əlaqəsi, beynəlxalq avtomobil daşımaları, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, standartlaşdırma və metrologiya, elm, təhsil və texnologiya sahələrində sənəd layihələrinə baxılması prosesinin sürətləndirilməsi barədə razılıq əldə olunub.
İclasda hər iki tərəfin nümayəndələri investisiya mühiti, turizm potensialı, informasiya texnologiyaları və səhiyyə sahəsində aparılan islahatlarla bağlı təqdimatlarla çıxış ediblər. Toplantıda iki ölkə arasında sənayenin müxtəlif sahələri üzrə birgə istehsal müəssisələrin yaradılması da müzakirə olunub. Maşınqayırma, elektrotexnika, informasiya texnologiyaları və digər sahələrdə əlaqələrə dəstək verilməsi, qeyri-neft sektoruna investisiya yatırılmasına kömək göstərilməsi, enerji sektorunda əməkdaşlığın inkişafının vacibliyi vurğulanıb. Nəqliyyat sektorunda əməkdaşlıq, o cümlədən Az yüklərinin Litvanın Klaypeda dövlət dəniz limanı vasitəsilə daşınması, TRASECA dəhlizinin marşrutunun uzadılması imkanları müzakirə olunub.
Tərəflər arasında elektron hökumət və elektron imza sahəsində təcrübə mübadiləsi aparmaq barədə razılıq əldə olunub, Hökumətlərarası Komissiyanın saytı təqdim olunub. Sayt iki ölkənin sahibkarlarını investisiya imkanları barədə məlumatlandırmaq məqsədi güdür.
Komissiyanın Azərbaycandan olan həmsədri, vergilər naziri Fazil Məmmədov bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi ölkələrin potensial imkanlarından azdır və bunu artırmaq üçün əməkdaşlıq genişləndirilməlidir: “Ötən il Azərbaycan və Litva arasında ticarət dövriyyəsinin həcmi 25% azalaraq cəmi 25 mln. dollar təşkil edib”.
Komissiyanın Litvadan olan həmsədri, xarici işlər naziri Audronyus Ajubalis Azərbaycanın Avropa enerji təhlükəsizliyi prosesinin fəal iştirakçısı olduğunu, ölkələrin bu sahəyə, eləcə də qarşılıqlı investisiyalara maraq göstərdiyini söyləyib. Nazir Azərbaycanı Litvada bəzi layihələrə, o cümlədən konteyner marşrutu layihəsinə qoşulmağa və 3 mlrd. kubmetr tutumu olan sıxılmış qaz terminalının tikintisində iştirak etməyə dəvət edib.
Qeyd edək ki, Hökumətlərarası Komissiyanın iclasının yekunları ilə bağlı yekun protokol imzalanması gözlənilir.
Maliyyə
"Azər Türk Bank"ın şəhid əməkdaşı ordenlə təltif edilib
Maliyyə icarəsi müqavilələrinin maksimum məbləği müəyyənləşəcək
Maliyyə icarəsi verənlərin reyestri yaradılacaq, tələblər müəyyənləşib
Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib
Xəbər Lenti
Səfir: Britaniya Azərbaycanla tərəfdaşlığı daha da gücləndirməkdə qərarlıdır
ABŞ-ın SEPAH-la bağlı kiberhücuma görə axtarışa verdiyi İran vətəndaşı Monteneqroda həbs edilib
"Azər Türk Bank"ın şəhid əməkdaşı ordenlə təltif edilib
Azərbaycan nefti bahalaşıb
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndərilib - FOTO
Naxçıvanda hərbi orkestrin müşayiəti ilə yürüş başlayıb - FOTO
AZAL 2032-ci ilədək donanmasını 50 təyyarəyə çatdırmağı planlaşdırır
FSB Dağıstanda məktəblərə hücum planlaşdıran 17 yaşlı yeniyetməni saxlayıb
Maqdalena Qrono: Aİ Azərbaycan-Ermənistan sülh prosesinə öz dəstəyini davam etdirəcək
Xankəndidə Silahlı Qüvvələrin 108-ci ildönümü ilə əlaqədar hərbi yürüş keçirilir - FOTO
Gəncədə hərbi orkestrin müşayiəti ilə yürüş başlayıb - FOTO
Lənkəranda 26 kiloqram narkotik aşkarlanıb
“Bitcoin”in qiyməti 60 min dollardan aşağı düşüb
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilir - FOTO
FHN: Lənkəranda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edilib - VİDEO
AEBA rəhbəri: İranın nüvə proqramı üçün ciddi nəzarət mexanizminə ehtiyac var
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Venesuelada zəlzələdə ölənlərin sayı 235-ə çatıb, 36 min nəfər itkin düşüb - VİDEO - YENİLƏNİB-3
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
DİN: 46 kq narkotik vasitə dövriyyədən çıxarılıb, 9 nəfər həbs olunub - VİDEO
Arzu Nağıyev: Azərbaycan Ordusu müstəqilliyimizin, suverenliyimizin və qələbə əzmimizin ən böyük təminatçısıdır
Əmtəə birjasında təbii qazın dəyəri azalıb
Dünya bazarlarında neft yenidən ucuzlaşıb
Rusiya Ermənistandan bütün balıq məhsullarının idxalını dayandırıb
DÇ-2026: Türkiyə mundialı qələbə ilə başa vurub
Noyer dünya çempionatlarında Maradonanı geridə qoyub
İtaliya və Fransa Livana dəstək koalisiyası yaradacaq
Tramp: İranın dondurulmamış aktivlərinin bir hissəsi ABŞ-nin aqrar məhsullarının alışına yönləndiriləcək
DÇ-2026: Niderlanddan qələbə, Yaponiya və İsveçdən bərabərlik
"Renault" 2027-ci ilədək 800 mühəndisi ixtisar edəcək
Pikassonun tablosu Londonda 1,7 milyon dollara satılıb
Aİ Ukrayna üçün cəlb etdiyi 90 milyard avroluq kreditə görə ildə 3 milyard avro faiz ödəyəcək
ABŞ "Lukoil"in xarici aktivləri üzrə danışıqlara icazəni uzadıb
DÇ-2026: Almaniya yığması Ekvadora, Kurasao millisi Fil Dişi Sahilinə məğlub olub
İran Hörmüzdə müəyyən edilmiş marşrutlardan kənara çıxan gəmilərə təhlükəsizlik zəmanəti verməyəcək
Rütte Ankarada Trampı NATO-nun əhəmiyyətinə inandırmaq istəyir
ABŞ Venesuelaya 150 milyon dollar yardım ayıracaq
Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaları bir il uzadıb
Macarıstan Ukraynanın Aİ-yə üzvlük danışıqlarının sürətləndirilməsinə qarşı çıxıb
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib
Adı Yunus Emre, yolu isə "Feto yolu": CHP-li deputatın AŞPA sərgüzəştləri
Rusiya Kiyevə ballistik raketlərlə zərbə endirib
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 108 il ötür
ABŞ və Körfəz ölkələri Livan-İsrail danışıqlarını dəstəkləyib
Bakının Abbasqulu ağa Bakıxanov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
Prezidentin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı videoçarx paylaşılıb
İsrail Prezidentini daşıyan helikopter quş sürüsü ilə toqquşub
Rubio: Ərəb ölkələri İrandan kompensasiya tələb edir
ABŞ və Körfəz ölkələri Hörmüz boğazında rüsum tətbiqini rədd edib