«Aqrolizinq» nizamnamə kapitalını kəskin artırır
02 aprel 2012 13:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Aqrolizinq» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 2 manat, sayı 30,250 mln. ədəd, emissiyanın ümumi həcmi isə 60,5 mln. manat təşkil edir.
Birja mütəxəssislərinin fikrincə, «Aqrolizinq»in artıq aprel ayında yeni səhm emissiyasının yerləşdirilməsinə başlayacağı gözlənilir. Yerləşdirmə başa çatdıqdan sonra ASC-nin nizamnamə kapitalı 5 dəfə artaraq 75,520 mln. manata çatacaq.
Qeyd edək ki, «Aqrolizinq» ASC 2004-cü ildə yaradılıb. Hazırda şirkətin nizamnamə kapitalı 15,020 mln. manat təşkil edir.

Maliyyə
Azərbaycanda Dünya Bankının dəstəyi ilə dayanıqlı maliyyə taksonomiyası hazırlanır
11:41
17 may 2024
Taleh Kazımov: Yaşıl kreditləşmə strateji hədəflərimizdəndir
11:13
17 may 2024
"Kapital Bank" 100 milyonluq manat istiqrazı buraxmağı planlaşdırır
10:49
17 may 2024
Unibankın biznes üçün “Bahar endirimi” kampaniyası davam edir
10:45
17 may 2024