Azərbaycanda dövlət ipoteka kreditləşməsi azalıb
03 aprel 2012 08:01 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Mart ayında Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə verilən ipoteka kreditlərinin həcmi azalıb. Ötən ay AİF xətti ilə 2,05 mln. manat həcmində ipoteka krediti verilib ki, bu da yanvar və fevral aylarının analoji göstəriciləri ilə müqayisədə azdır. AİF-dən «APA-Economics»ə verilən məlumata görə, bu ilin əvvəlindən verilən ipoteka kreditlərinin ümumi məbləği 10 mln. manata çatıb.
Ümumilikdə, ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək AİF xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 355,54 mln. manata çatıb. Nəticədə, 2012-ci il aprelin 1-nə Azərbaycanda adambaşına düşən ipoteka kreditinin həcmi 39,5 manata çatıb. Müqayisə üçün bildirək ki, 2012-ci ilin martın 1-nə bu rəqəm 39,3 manat olub.
Martda AİF tərəfindən 6,41 mln. manatlıq ipoteka krediti yenidən maliyyələşdirilib. Nəticədə, ilk 3 ay müddətində 19,150 mln. manatlıq kreditlər yenidən maliyyələşdirilib.
İndiyədək verilən ipoteka kreditlərinin 280,12 mln. manatı və ya 78,78%-i təkrar maliyyələşdirilib. Martda İpoteka Fondu 2 mln. manatlıq istiqraz buraxıb.
Qeyd edək ki, yanvar-fevral aylarında olduğu kimi, martda da dövlət büdcəsindən ipoteka məqsədləri ilə vəsait ayrılmayıb.

Maliyyə
AccessBank “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyasına dəstək olub
17:35
30 may 2024
Hesablama Palatası Naxçıvan Kənd Təsərrüfatı Nazirliyində nöqsanlar aşkar edib
16:29
30 may 2024
Naxçıvan Təhsil Nazirliyində hüquqpozmalarla bağlı Baş Prokurorluğa müraciət edilib
16:22
30 may 2024
Yelo Bank yeni Visa Infinite kartını təqdim edib - FOTO
16:15
30 may 2024