Bank Of Baku

Azərbaycanda cari əməliyyatlar hesabının balansının ÜDM-ə nisbəti artıb

Azərbaycanda cari əməliyyatlar hesabının balansının ÜDM-ə nisbəti artıb
# 03 aprel 2012 11:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın tədiyyə balansında əks olunan cari əməliyyatlar hesabının balansının ÜDM-ə nisbəti 2011-ci il üzrə 34,2% təşkil edib. «APA-Economics»in hesablamalarına görə, bu, ötən ilin yanvar-sentyabr aylarının eyni göstəricisinə nisbətən 7,5 faiz bəndi azdır. Həmçinin, 2010-cu ilin yekunlarına görə cari əməliyyatlar hesabının balansının ÜDM-ə nisbəti 28,9% təşkil edib.

Cari əməliyyatlar hesabının balansının ÜDM-ə nisbətinin bu dərəcədə yüksək olmasının əsas səbəbi ticarət balansının müsbət saldosunun artması ilə bağlıdır. Bu isə öz növbəsində neft-qaz sektoru üzrə ixracın ölkənin idxalını dəfələrlə üstələnməsi ilə əlaqəlidir. Belə ki, 2011-ci il ərzində təkcə neft-qaz sektoru üzrə ixracın həcmi 32,9 mlrd. dollar, idxal isə 10,2 mlrd. dollar, o cümlədən qeyri-neft idxalı 9 mlrd. dollar olub.

Cari əməliyyatlar hesabının balansının qeyri-neft ÜDM-ə nisbəti 2011-ci il üzrə 71% təşkil edib ki, bu da yanvar-sentyabr aylarının göstəricisindən 13 faiz bəndi azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR