Bank Of Baku

ABŞ-da istehlak xərcləri artır

ABŞ-da istehlak xərcləri artır
# 03 aprel 2012 14:21 (UTC +04:00)
Bakı - APA-Economics. Avrozonadakı böhran və Çinin iqtisadi inkişaf templərinin zəifləməsi ABŞ-ı yenidən dünya iqtisadiyyatının lokomotivinə çevirə bilər. “APA-Economics”in xəbərinə görə, bu proqnozla nüfuzlu “Bloomberg” agentliyi çıxış edib.

Agentliyin açıqlamasında bildirilir ki, əmək bazarında vəziyyətin yaxşılaşması, fond bazarının artımı və kredit vəsaitlərinin əlçatarlığı nəticəsində istehlakçıların inamı və istehlak xərcləri artıb. Fevralda istehlak xərcləri 0,8% artaraq 7 aylıq maksimuma çatıb.

Amerikalıların optimizm indeksi də böhrana qədərki səviyyəyə qayıdıb. Ötən il ABŞ istehlakçıları 10,7 trln. dollar, Çin istehlakçıları isə 7 trln. dollar xərcləyiblər.

Qeyd edək ki, amerikalı istehlakçılar 2008-ci ildə başlayan qlobal iqtisadi böhrana qədər 12 il - 1995-2007-ci illərdə dünya iqtisadiyyatının mühərriki sayılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR