Bank Of Baku

Kosovoda Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbəri rüşvət aldığına görə həbs edilib

Kosovoda Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbəri rüşvət aldığına görə həbs edilib
# 04 aprel 2012 07:28 (UTC +04:00)
Bakı - APA-Economics. Kosovoda Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbəri Nəzmi Mustafi rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda şübhəli bilinərək həbs edilib.

APA-Economics”in Kosovo mətbuatına istinadən xəbərinə görə, N.Mustafi ilə yanaşı, daha bir nəfər həbs edilib, lakin onun adı açıqlanmır.

Kosovonun baş prokuroru İsmət Kabaşi bu hadisəni “ölkənin hüquq sisteminə zərbə” kimi qiymətləndirib: “Bu adamın əməlləri barəsində məlumatlı olanları istintaqa kömək etməyə çağırıram”.

N.Mustafi Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin barəsində yoxlama apardığı şəxslərdən vasitəçilər şəbəkəsi ilə rüşvət almaqda təqsirləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR