Bank Of Baku

ABŞ-da təhsil krediti üzrə borclar yeni böhrana səbəb ola bilər

ABŞ-da təhsil krediti üzrə borclar yeni böhrana səbəb ola bilər
# 04 aprel 2012 07:55 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-da təhsil krediti kimi verilən vəsaitlərin həcmi 1 trln. dolları ötüb. “APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, bu kreditlər üzrə borcun artması ABŞ-da yeni böhrana səbəb ola bilər.

Qeyd edək ki, “Borc al və oxu - işləyəndə qaytararsan” ideyası XX əsrin 60-cı illərində meydana gəlib. Hazırkı reallıqda isə bu ideya özünü doğrultmamaqdadır. Belə ki, ABŞ-ın qeyri-sabit əmək bazarının şərtləri təhsil krediti üzrə ödəniş edilməsini çətinləşdirir. Üstəlik, ixtisası üzrə iş tapanlar yenidən kredit götürüb parta arxasında otururlar. Təkcə 60 yaşdan yuxarı olan vətəndaşların təhsil krediti üzrə borcu 36 mln. dollar təşkil edir.

ABŞ qanunvericiliyinə görə, təhsil krediti üzrə borclar borcalanın məhkəmə yolu ilə özünü müflis elan etdiyi halda da silinmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR