Bank Of Baku

Bakı Banklararası Valyuta Birjasının valyuta dövriyyəsi kəskin artıb

Bakı Banklararası Valyuta Birjasının valyuta dövriyyəsi kəskin artıb
# 04 aprel 2012 08:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin mart ayında Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən 32 ticarət sessiyasında 35 alqı-satqı əqdi qeydə alınıb. Ümumilikdə, bu əməliyyatlarda 13 bank təşkilatı iştirak edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında valyuta bölməsində USD/AZN üzrə keçirilən elektron əməliyyatların həcmi 83,810 mln. manat və ya dollar ekvivalentində 106,658 mln. təşkil edib ki, bu da 2011-ci ilin mart ayı ilə müqayisədə 7,7% azdır, cari ilin fevral ayına nisbətən isə 2,3 dəfə çoxdur.

Hesabat ayında həmçinin, Birja Elektron Ticarət Sistemində (BEST) USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 6,666 mln. dollara çatıb, halbuki hər əqdin orta həcmi 3,047 mln. dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR