Bank Of Baku

Britaniya investoru Azərbaycanın lider broker şirkətində pay alıb

Britaniya investoru Azərbaycanın lider broker şirkətində pay alıb
# 04 aprel 2012 11:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Böyük Britaniyanın «Sturgeon Capital» investisiya şirkəti Azərbaycanda fəaliyyət göstərən «Chelsea Capital» broker şirkətinin 25%-lik səhm zərfini alıb. «APA-Economics»in BNE portalına istinadən verdiyi məlumata görə, «Sturgeon Capital»ın rəhbəri Klemente Kapello bəyan edib ki, bu addım şirkətin Mərkəzi Asiya bölgəsində biznesin genişləndirilməsi strategiyası çərçivəsində atılıb.

K.Kapello qeyd edib ki, şirkət sürətlə inkişaf edən regionlara investisiya yatırımını davam etdirəcək və «Sturgeon Capital» bu sahədə birinci olmaq niyyətindədir.

Qeyd edək ki, «Chelsea Capital» broker şirkəti 2006-cı ildə yaradılıb və 2012-ci ilin yanvar-fevral aylarının yekunlarına görə, ölkənin qiymətli kağızlar bazarında işləyən ən iri broker şirkəti olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR