Bank Of Baku

«The Economist» jurnalının proqram rəhbəri Duqal Tomson: «Azərbaycanın bank sektorunda konsolidasiya aparılmalıdır»

«The Economist» jurnalının proqram rəhbəri Duqal Tomson: «Azərbaycanın bank sektorunda konsolidasiya aparılmalıdır»
# 04 aprel 2012 11:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda əhalinin sayına görə mövcud bank təşkilatlarının sayı çoxdur. Belə şəraitdə ölkənin bank sektorunda konsolidasiyanın aparılması məqsədə uyğundur. «APA-Economics»in məlumatına görə, bunu Bakıda səfərdə olan Britaniyanın «The Economist» jurnalının proqram rəhbəri Duqal Tomson (Dougal Thomson) bildirib.

D.Tomsonun sözlərinə görə, bu gün Bakıda keçirilən toplantıda Azərbaycanın maliyyə sektorunun hazırkı vəziyyəti, o cümlədən bank sektorunun durumu, bu sahədə görülmüş işlər və inkişafla bağlı gələcək planlar müzakirə edilib. Qonaq bildirib ki, iclasda həmçinin ölkədəki bankların çoxluğu, onların konsolidasiyasının aparılması zərurəti ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanda aparılan özəlləşdirmə prosesindən danışan D.Tomson Beynəlxalq Bankda (ABB) dövlətin iştirak payının özəlləşdirilməsi prosesinin başlanmasını müsbət addım kimi qiymətləndirib. Qonaq bildirib ki, ABB özəlləşdirildikdən sonra Azərbaycanın bank sektorunda böyük canlanma gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR