Bank Of Baku

«Bolkart» lotereyasının I tirajının əsas qalibinə uduş təqdim edilib - FOTO

«Bolkart» lotereyasının I tirajının əsas qalibinə uduş təqdim edilib - <font color=red>FOTO</font>
# 04 aprel 2012 14:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Bank of Baku» ASC-nin «Bolkart» müştəriləri üçün keçirilmiş lotereyanın ilk tirajı nəticəsində 1000 manat qazanmış Bakı şəhər sakini Nəzrin Səlimovaya uduş təqdim edilib.
«Bank of Baku»dan «APA-Economics»ə verilən məlumata görə, pul uduşu qalibə bankın baş ofisində təqdim edilib.
“Bank of Baku”nun təşəbbüsü ilə baş tutan lotereyada digər 5 iştirakçı 500 manat, 15 iştirakçı isə 100 manat qazanıb. Bu qaliblərə uduşları təqdim edilməkdədir. Lotereyaya qatılan hər bir şəxsin kodu isə elektron bazadan xüsusi proqram vasitəsilə təsadüfi seçim əsasında müəyyən edilib.
«Bolkart» lotereyasının növbəti uduşu bu ilin may ayının 2-də keçiriləcək. Aprelin 1-dən 30-dək azı 50 manat məbləğində alış-veriş etmiş «Bolkart» sahibləri lotereyaya qatılmaq hüququ əldə edəcək.
Xatırladaq ki, «Bank of Baku» ASC 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR