Bank Of Baku

Saatlı və Biləsuvarda vergi ödəyiciləri üçün xidmət mərkəzləri yaradılıb

Saatlı və Biləsuvarda vergi ödəyiciləri üçün xidmət mərkəzləri yaradılıb
# 04 aprel 2012 14:43 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu gün Saatlı və Biləsuvar rayonlarında vergi ödəyicələri üçün xidmət mərkəzləri istifadəyə verilib. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, vergi ödəyicilərinə xidmət mərkəzləri Vergilər Nazirliyi tərəfindən yaradılır. Burda məqsəd vergilərin könüllü ödənilməsinin və sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, regionlarda sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılmasıdır. Hazırda ölkədə müasir avadanlıqlarla və sürətli rabitə sistemi ilə təchiz edilmiş 31 belə xidmət mərkəzi fəaliyyət göstərir.

Yeni xidmət mərkəzlərinin açılışında vergilər nazirinin müşaviri Ələkbər Məmmədov prezident İlham Əliyevin “Dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi haqqında” fərmanına uyğun olaraq Azərbaycanda partnyorluq, səmərəli dövlət-biznes münasibətlərinin qurulması görülən işlər və layihələr barədə məlumat verib. Bildirilib ki, pulsuz fəaliyyət göstərən mərkəzlər vasitəsilə sahibkarların maarifləndirilməsi, onlara müxtəlif növ hüquqi, informasiya, metodiki və s. köməkliklər göstəriləcək. Bu mərkəzlərdə vergi ödəyiciləri öz şəxsi hesab vərəqəsindəki məlumatlara baxa, büdcəyə olan vergi borcu, onun yaranma səbəbləri və digər məsələlər barədə zəruri məlumatlar əldə edə bilərlər.

Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Elçin Məmmədov göstərilən xidmətlərin çeşidi, 2011-2015-ci illəri əhatə edən “Vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin inkişafı Konsepsiyası” barədə ətraflı məlumat verib. Tədbirdə vergi sistemində tətbiq edilən yeniliklər və vergi ödəyicilərini maraqlandıran digər məsələlərlə bağlı suallar cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR