Bank Of Baku

Azərbaycanın regionlarında aparılan dövlət əyar nəzarəti zamanı pozuntular aşkarlanıb

Azərbaycanın regionlarında aparılan dövlət əyar nəzarəti zamanı pozuntular aşkarlanıb
# 04 aprel 2012 15:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən «Qiymətli metallar və qiymətli daşlar haqqında» qanunun tələblərinə əməl edilməsi ilə bağlı ölkə ərazisində sahibkarlıq subyektində dövlət əyar nəzarəti tədbirləri davam etdirilir.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, 2012-ci ilin mart ayında Şəkidə fəaliyyət göstərən iki, Şəmkirdə fəaliyyət göstərən bir obyektdə həyata keçirilmiş əyar nəzarəti tədbirləri zamanı qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış və qanunvericiliyə zidd olaraq dövlət əyar damğası ilə damğalanmayan 2 250 ədəd zərgərlik məmulatları aşkar edilib: «Həmin məmulatların üzərində mənşəyi məlum olmayan ad və əyar damğalarının izləri müəyyən olunub. Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən həkk olunmuş mənşəyi məlum olmayan ad və əyar damğalarının izləri məmulatlar üzərindən təmizlənib, məmulatlar əyarlarına uyğun dövlət əyar damğası ilə damğalanıb».

Şəki şəhəri, M.F.Axundov prospektində yerləşən Məmmədov Kamil İbrahim oğluna məxsus «Nərmin» zərgərlik mağazasında dövlət əyar damğası ilə damğalanmayan, standartlara cavab verməyən, üzərində göstərilmiş əyarlara uyğun gəlməyən, hətta qiymətsiz metallardan hazırlanmış məmulatların istehlakçılara təklif edilməsi faktlarının kütləvi xarakter daşıdığı müəyyən edilib. Belə ki, adı çəkilən sahibkara məxsus obyektdə aparılan yoxlama zamanı satışda olan bütün məmulatların, yəni 389 ədəd zərgərlik məmulatının dövlət əyar damğası ilə damğalanmadığı müəyyən olunub. Həmçinin alıcılara təklif edilən qiymətli metallardan hazırlanmış zərgərlik məmulatlarının 50%-dən çoxunun əyarlarının, məmulatın üzərində qeyd edilən əyardan aşağı olması faktları aşkar edilib.

«Bu ilin I rübü ərzində keçirilmiş yoxlamalar nəticəsində dövlət büdcəsinə müvafiq olaraq 164 710 manat məbləğində dövlət rüsumunun ödənilməsi təmin edilib və İnzibati Xətalar Məcəlləsinə əsasən 21,8 min manat məbləğində inzibati cərimə tətbiq edilib», - deyə nazirlikdən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR