Bank Of Baku

«Fitch Ratings» agentliyi «Texnikabank»ın reytinqini «Neqativ» siyahıya daxil edərək müşahidə altına alıb

«Fitch Ratings» agentliyi «Texnikabank»ın reytinqini «Neqativ» siyahıya daxil edərək müşahidə altına alıb
# 05 aprel 2012 07:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Fitch Ratings» beynəlxalq reytinq agentliyi Azərbaycanın «Texnikabank» ASC-nin «B-» səviyyəsində olan reytinqini «Rating Watch»in «Neqativ» siyahısına daxil edərək müşahidə altına alıb. «APA-Economics»in xəbərinə görə, bu barədə reytinq agentliyinin rəsmi məlumatında deyilir.

«Texnikabank»ın reytinqi üzrə «Neqativ» statusu «Fitch Ratings»in bankdan depozitlərin çıxarılması prosesinin davam etməsi ilə bağlı narahatlığını əks etdirir. Depozitlərin çıxarılması, böyük ehtimalla, bankın Müşahidə Şurasının sədri Etibar Əliyevin dələduzluq ittihamı ilə həbs edilməsi barədə mətbuatda yayılan məlumatlar səbəb olub. E.Əliyev həmçinin bankın əsas səhmdarlarından biridir (ona səhmlərin 15%-i məxsusdur)», - deyə məlumatda bildirilir.

«Fitch»in məlumatına görə, Bankın 2012-ci ilin martın sonuna olan maliyyə hesabatına əsasən, martın 13-dən 30-dək çıxarılan pərakəndə depozitlərin həcmi 42 mln. manat və ya ümumi depozit portfelinin 18%-ni təşkil edib. Martın 30-na Bankın likvid aktivlərinin həcmi 17 mln. manata enib ki, bu da pərakəndə müştəri fondlaşmasının 8%-nə, passivlərin isə 4%-nə bərabərdir.

Agentlik bildirir ki, reytinqlərin «Neqativ» siyahısından çıxarılması «Texnikabank»ın likvidliklə bağlı vəziyyətinin sonrakı inkişafından asılı olacaq - likvidliyin azalması davam edərsə reytinqlər hətta defolt səviyyəsinə qədər endirilə bilər. Eyni zamanda, depozitlərin çıxarılması prosesi dayanarsa və Bank likvidliyini bərpa edə bilsə, reytinq əvvəlki səviyyədə təsdiq ediləcək. Bundan əlavə agentlik bildirir ki, «Texnikabank» Azərbaycan Mərkəzi Bankından müəyyən likvidlik dəstəyi alarsa, reytinq həmin səviyyədə təsdiqlənə bilər. Qeyd edilir ki, 2008-2009-cu illərdə «Texnikabank» daxil olmaqla bir sıra kommersiya bankları Mərkəzi Bankdan əlavə likvidlik alıb ki, bu da həmin bankların öhdəliklərin təmin edilməsi üçün zəruri idi. Lakin agentliyin fikrincə, indiki halda «Texnikabank» üçün analoji qərarın təkrarlanması inandırıcı deyil, çünki stress vəziyyəti yalnız bir bankda müşahidə olunur və bunun səbəbi dövlətlə bankın səhmdarları arasındakı münasibətlərdə gərginliklə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR