Bank Of Baku

«Əmrah Sığorta» nizamnamə kapitalını artırır

«Əmrah Sığorta» nizamnamə kapitalını artırır
# 05 aprel 2012 07:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «Əmrah Sığorta» ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 200 manat, sayı 1 190 ədəd, emissiyanın ümumi həcmi isə 238 min manat təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə BFB vasitəsilə yerləşdirilməsi planlaşdırılır. Səhmlərin yerləşdirilməsində anderrayter vəzifəsində «Chelsea Capital» MMC çıxış edəcək. Emissiyanın yerləşdirilməsi başa çatdıqdan sonra sığorta şirkətinin nizamnamə kapitalı 5,3% artaraq 4,738 mln. manata çatacaq.

Xatırladaq ki, təsisçisi 2 fiziki şəxs olan «Əmrah Sığorta» şirkəti Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 4,5 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR