Bank Of Baku

BVF Portuqaliyaya 5 mlrd. avro kredit ayıracaq

BVF Portuqaliyaya 5 mlrd. avro kredit ayıracaq
# 05 aprel 2012 08:21 (UTC +04:00)
Bakı - APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) Portuqaliyaya 5,17 mlrd. avro həcmində yeni kredit tranşı ayıracaq.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu vəsait ölkənin büdcə kəsirinin ödənilməsinə sərf olunacaq.

BVF-nin açıqlamasında Lissabonun struktur dövlət sektorunda və vergi islahatlarında tərəqqi əldə etdiyi bildirilir. Bundan əvvəl BVF Portuqaliya iqtisadiyyatının dəstəklənməsi üçün 18,56 mlrd. avro vəsait ayırıb.

Qeyd edək ki, bu günlərdə beynəlxalq kreditorlar üçlüyü (BVF, Avropa Birliyi və Avropa Mərkəzi Bankı) Portuqaliyanın sərt qənaət proqramı üzrə fəaliyyətini qiymətləndirən hesabatını açıqlayıb. Hesabatda ölkə iqtisadiyyatında aparılan islahatlar müsbət qiymətləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR