Bank Of Baku

Bakı Fond Birjasının dövriyyəsi son bir ildə 62% artıb

Bakı Fond Birjasının dövriyyəsi son bir ildə 62% artıb
# 05 aprel 2012 08:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə aparılmış əməliyyatların ümumi həcmi 2,679 mlrd. manat təşkil edib. Bu da 2011-ci ilin yanvar-mart ayları ilə müqayisədə 61,8% çoxdur.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə, hesabat dövründə korporativ qiymətli kağızlar (KQK) bazarı 3,1 dəfə azalıb. Korporativ istiqrazların ilkin bazarı 3,2 dəfə, təkrar bazarı isə 4,1 dəfə azalıb. Ümumiyyətlə, korporativ istiqrazlar bazarı yanvar-mart aylarında 3,8% azalıb.

Səhm bazarına gəldikdə isə, hesabat aylarında bu növ kağızlar üzrə qeydə alınan əqdlərin həcmi 17,007 mln. manat təşkil edib və bu, 2011-ci ilin yanvar-mart aylarına nisbətən 36,6% azdır. Səhmlərin ilkin bazarı 32,4%, təkrar bazarı isə 5,3 dəfə azalıb.

Korporativ qiymətli kağızlar

Bazarın seqmentləri

Yanvar-Mart, 2012

Yanvar-Mart, 2011

Dinamika

Əqdlərin həcmi,
AZN

Əqdlərin
Sayı

Əqdlərin həcmi,
AZN

Əqdlərin
sayı

Korporativ istiqrazlar – (yerləşdirmə)

12 370 335,00

14

39 659 251,99

28

-3,2 dəfə

Korporativ istiqrazlar – (təkrar bazar)

24 313 096,36

14

101 170 652,17

31

-4,1 dəfə

KI bazarı cəmi

36 683 431,36

28

140 829 904,16

59

-3,8 dəfə

Səhmlər – (yerləşdirmə)

16 565 800,00

18

24 514 694,00

54

-32,43%

Səhmlər – (təkrar bazar)

440 832,51

791

2 331 892,92

741

-5,3 dəfə

Səhm bazarı cəmi

17 006 632,51

809

26 846 586,92

795

-36,65%

KQK bazarı cəmi

53 690 063,87

837

167 676 491,08

854

-3,1 dəfə



Bundan başqa, cari ilin yanvar-mart aylarında dövlət qiymətli kağızlar (DQK) bazarının həcmi 2011-ci ilin analoji dövrünə nisbətən 76,4% artıb.

Hesabat dövründə Azərbaycan Mərkəzi Bankı notlarının həcmi ötən ilin I rübünə nisbətən 42,9% artıb. Notların ilkin bazarı 41,1%, təkrar bazarı isə 16,3 dəfə artıb. Eyni zamanda hesabat dövründə repo əməliyyatları 95,2% artaraq 2,326 mlrd. manata çatıb. Yanvar-mart aylarında dövlət istiqrazların (Dİ) ilikn bazarında əqdlər bağlanılmayıb.

Dövlət qiymətli kağızları

Bazarın seqmentləri

Yanvar-Mart, 2012

Yanvar-Mart, 2011

Dinamika

Əqdlərin həcmi,
AZN

Əqdlərin
sayı

Əqdlərin həcmi,
AZN

Əqdlərin
sayı

Dİ (AR MN) – (yerləşdirmə)

0,00

0

76 808 348,63

47

-

Dİ (AR MN) –
(təkrar bazar)

663 315,84

1

11 018 195,05

13

-16,6 dəfə

Dİ bazarı cəmi

663 315,84

1

87 826 543,68

60

-132,5 dəfə

Notlar (AR MB) – (yerləşdirmə)

294 564 796,09

76

208 776 212,08

74

+41,09%

Notlar (AR MB) –
(təkrar bazar)

4 079 646,24

2

250 095,92

1

+16,3 dəfə

Not bazarı cəmi

298 644 442,33

78

209 026 308,00

75

+42,87%

Repo əməliyyatları

2 326 351 022,15

330

1 191 481 903,88

225

+95,25%

DQK bazarı cəmi

2 625 658 780,32

409

1 488 334 755,56

360

+76,42%



Dİ – dövlət istiqrazları;
AMN – Azərbaycan Maliyyə Nazirliyi;
AMB – Azərbaycan Mərkəzi Bankı;
DQK – dövlət qiymətli kağızları;
KQK – korporativ qiymətli kağızlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR