Bank Of Baku

Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının növbəti iclası mayda Kiyevdə keçiriləcək

Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının növbəti iclası mayda Kiyevdə keçiriləcək
# 05 aprel 2012 09:05 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA-Economics. Azərbaycan və Ukrayna ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının bu ilin may ayında Kiyevdə keçirilməsi haqqında razılığa gəlib.

APA-Economics”in “ForUm”a istinadən xəbərinə görə, bu barədə razılıq Ukraynanın baş naziri Nikolay Azarovun Azərbaycana rəsmi səfəri çərçivəsində əldə olunub.

Ukrayna hökumətinin İnformasiya və ictimaiyyətlə əlaqələr departamentinin yaydığı məlumata görə, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla görüşdə N.Azarov qeyd edib ki, Ukrayna və Azərbaycan arasında ikitərəfli siyasi əlaqələr qaneedici səviyyədə qurulub, yüksək səviyyəli görüşlərin dinamikasında isə artım müşahidə olunur. O, Bakıya səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyev və baş nazir Artur Rasizadə ilə görüşlərinin yüksək səviyyədə keçdiyini bildirib.

Azərbaycanın dünyada artan nüfuzunu və rolunu qeyd edən N.Azarov Ukraynada keçiriləcək növbəti parlament seçkilərinə Azərbaycandan müşahidəçilər dəvət edib.

Baş nazir Ukrayna və Azərbaycanın 100-dən artıq şirkətinin iştirakı ilə Bakıda keçirilən biznes-forumu müsbət qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR