Bank Of Baku

Son bir ildə «Çartis Azərbaycan» sığorta şirkətinin daxilolmaları sabit qalıb

Son bir ildə «Çartis Azərbaycan» sığorta şirkətinin daxilolmaları sabit qalıb
# 05 aprel 2012 14:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Çartis Azərbaycan» (əvvəlki «AIG Caspian») sığorta şirkətinin 2012-ci ilin yanvar-mart aylarında topladığı sığorta haqlarının həcmi 447,286 min manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünün yığımları ilə müqayisədə 0,8% azdır.

Şirkətin Maliyyə Departamentinin direktoru Elmar İslamın «APA-Economics»ə verdiyi məlumata görə, bu ilin birinci rübündə ümumi yığımlarda 36,9% «Peşə məsuliyyətinin sığortası» (164,900 min manat), 36% «Əmlakın yanğından və digər risklərdən sığortası» (161,616 min manat), 14% «Yüklərin sığortası» (61,615 min manat), 11% «Ümumi mülki məsuliyyətin sığortası» (50,105 min manat), 2,1% isə digər sığorta növlərinin payına düşüb.

Sığorta ödənişlərinə gəldikdə isə şirkət bu ilin yanvar-mart aylarında heç bir ödəniş etməyib. Ötən ilin müvafiq dövründə isə şirkət sığorta hadisələrinə görə 800 manata yaxın ödəniş edib.

Qeyd edək ki, hesabat təcili məlumatlar əsasında hazırlandığı üçün mənfəət və ya zərərin həcmi dəqiqləşdirilməyib.

Xatırladaq ki, «Çartis Azərbaycan» ASC 1999-cu ildən «AIG Caspian» sığorta şirkəti adı ilə fəaliyyət göstərib. Şirkət 2010-cu ilin noyabr ayında brendini «Çartis Azərbaycan»a dəyişib. Əvvəllər şirkətin təsisçiləri «Caravan Investment» şirkəti (51%) və «AIG Inc.» şirkəti (49%) olub. Səhmdarların tərkibində edilən dəyişikliyə əsasən, «Caravan Investment» şirkəti öz payını ABŞ-ın «AIG Inc.» şirkətinə satıb və bununla da xarici şirkət «Çartis Azərbaycan»ın səhmlərinin 100%-nə sahib olub.

Cari ilin aprelin 1-nə şirkətin nizamnamə kapitalı 6,787 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR