Bank Of Baku

Azərbaycan Nəqliyyat Nazirliyinin aidiyyəti qurumlarına icbari sığortanın tətbiqi ilə bağlı göstərişlər verilib

Azərbaycan Nəqliyyat Nazirliyinin aidiyyəti qurumlarına icbari sığortanın tətbiqi ilə bağlı göstərişlər verilib
# 06 aprel 2012 07:13 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda «İcbari sığortalar haqqında» qanunun tətbiqi ilə əlaqədar olaraq nəqliyyat naziri Ziya Məmmədov sərnişinlərin təhlükəsizliyinin etibarlı mühafizəsi və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinin məsuliyyətinin daha da gücləndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə əmr imzalayıb. «APA-Economics»in məlumatına görə, əmrdə vurğulanıb ki, icbari sığorta qanunvericiliyinə əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması halları aşkar edilərsə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xətalara dair işlərə baxılması təmin edilməli, avtomobil nəqliyyatı ilə sərnişin daşıyan fiziki və ya hüquqi şəxslərin sərnişinlərin icbari fərdi qəza sığortalanmasına riayət olunmasına nəzarət daha da gücləndirilməlidir.

Qeyd edə ki, «İcbari sığortalar haqqında» qanunun tətbiqi haqqında dövlət başçısının fərmanına uyğun olaraq, avtomobil nəqliyyatı vasitələri sərnişinlərinin icbari fərdi qəza sığortasına nəzarəti Nəqliyyat Nazirliyi həyata keçirir. Əmrdə Nazirliyin aidiyyəti qurumlarına bu barədə müvafiq göstərişlər verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR