Bank Of Baku

«AtaLeasing» şirkəti maliyyələşməni bərpa edib

«AtaLeasing» şirkəti maliyyələşməni bərpa edib
# 06 aprel 2012 10:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaLeasing» şirkəti lizinq maliyyələşdirməsi ilə bağlı əməliyyatları yenidən bərpa edib. Bu barədə «APA-Economics»ə şirkətin Bakıdakı baş ofisdən məlumat verilib.

Şirkətdən bildirilib ki, hazırda bütün sahələr üzrə əməliyyatların maliyyələşdirilməsi aparılır və maliyyələşdirmənin həcmi və istiqaməti müraciət edən müştərilərin təkliflərindən asılıdır. Daha riskli və köhnə avadanlıq və ya avtomobil olduğu zaman maliyyə vəsaiti ayrılmır.

Qeyd edək ki, şirkət 2012-ci ilin əvvəlindən mart ayının sonunadək lizinq üzrə maliyyələşməni dayandırıb və buna səbəb vəsait çatışmazlığı olub.

Xatırladaq ki, təsisçisi «AtaHolding» Şirkətlər Qrupu olan «AtaLeasing» şirkəti 2004-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR