Bank Of Baku

Azərbaycan Hesablama Palatasının 2011-ci il üçün hesabatı Milli Məclisdə qəbul olunub

Azərbaycan Hesablama Palatasının 2011-ci il üçün hesabatı Milli Məclisdə qəbul olunub
# 06 aprel 2012 10:51 (UTC +04:00)
APA-Economics”-in məlumatına görə, Zahid Oruc deyib ki, hərbi qurumlarda audit yoxlamaları aparılmalı, bunun hesabatı şəxsən Azərbaycan prezidentinə təqdim olunmalıdır: “Əgər haradasa əsgərlərə ayrılan vəsait yeyilirsə, bu, ermənilərin xeyrinədir”.

Fəzail İbrahimli isə Hesablama Palatasının hesabatını tərifləyib: “Bu, elmi əsaslandırılmış hesabatdır. Bu hesabatı götürüb namizədlik dissertasiyası müdafiə etmək olar”.

Çıxış edən deputatların əksəriyyəti hesabatın qəbul olunmasının lehinə səs verəcəyini söyləyib, həmçinin bəzi təkliflər səsləndiriblər.

Daha sonra Hesablama Palatasının sədri Heydər Əsədov qeyd olunan məsələlərə münasibət bildirib.

Sonra Hesablama Palatasının 2011-ci il üçün hesabatı səsverməyə çıxarılıb və qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR