Bank Of Baku

«Bank of Azerbaijan» yeni ödəniş sisteminə qoşulub

«Bank of Azerbaijan» yeni ödəniş sisteminə qoşulub
# 06 aprel 2012 14:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Bank of Azerbaijan» ASC «Caspian Money Transfer» beynəlxalq pulköçürmə sisteminə qoşulub.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Caspian Money Transfer»in geniş yerli şəbəkəsinin olması «Bank of Azerbaijan»ın müştərilərinə Azərbaycanın müxtəlif istiqamətlərinə pul köçürmələrinə imkan verir. Bununla yanaşı, bu sistem Türkiyəyə pulköçürmə əməliyyatlarında daha əlverişlidir. Bütövlükdə, «Caspian Money Transfer» fiziki şəxslərə Azərbaycandan kənara və əksinə, həmçinin MDB ölkələrinin bankları arasında, Baltik ölkələri ilə, yaxın və uzaq xaricə pul köçürmələri həyata keçirməyə şərait yaradır.
Bununla yanaşı, «Bank of Azerbaijan» vasitəsilə müştərilər «Western Union», «Contact», «Bıstraya Poçta», «Miqom» və «Zolotaya Korona» sistemləri ilə də pul köçürə bilərlər.
Azərbaycan sisteminin fərqləndirici xüsusiyyəti «Caspian Money Transfer» vasitəsilə köçürməyə görə minimum komissiya 1,5% təşkil edir. Köçürmənin həyata keçirilməsi 2-3 dəqiqə təşkil edir, pulu alan şəxsdən komissiya tutulmur.
Qeyd edək ki, «Bank of Azerbaijan» ASC 1993-cü ildən fəaliyyət göstərir. Bankın 16 filialı, 3 şöbə və 30 bankomatı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR